Masallıda evlər hələ də su altındadır - FOTOLAR

Masallıda evlər hələ də su altındadır - FOTOLAR

07-12-2015 01:38 / Bu xəbər 2488 dəfə oxundu

Masallı rayonunun Mollaoba kəndinə də leysandan ciddi ziyan dəyib. 

Bu barədə Arqument.Az-a Müsavat Partiyasının Masallı Rayon Təşkilatının sədri Xasay Fərzulla məlumat verib. 

"Bu nəticədir, səbəblər haqqında illərdir deyilir, amma xeyri yoxdur. Bir necə kəndin suötürücüsü sovetdən qalmadır, ikincisi mütləq qoyulmalıdır. Bunun üçün az bir vəsait və iradə lazımdır. Amma etmirlər, etmək istəmirlər. Sanki belə vəziyyətlər kiminsə marağındadır. Biz isə illərdir zərbəni ilk alanlardan oluruq həmişə. Bu fotolar su xeyli çəkiləndən sonrakı vəziiyyəti göstərir", - Xasay Fərzulla bildirib. 

Mollaoba kəndindəki durumu əks etdirən fotogörüntüləri təqdim edirik: 

Arqument.Az