Masallıda tibb işçiləri əmək haqlarını ala bilmir

Masallıda tibb işçiləri əmək haqlarını ala bilmir

22-02-2021 16:46 / Bu xəbər 1036 dəfə oxundu

"Yaxın günlərdə bütün maaş ala bilməyən işçilərin maaşı ödəniləcək".

"RegionNews.az"  xəbər verir ki, bunu Masallı Rayon mərkəzi xəstəxananın baş həkimin əvəzedicisi Rasim Əzizov deyib.

O bildirib ki, həbs olunan baş həkimin istintaqı davam edir və bununla bağlı hələ ki, işlər davam etdirilir:

"Pandemiya ilə əlaqədar olaraq TƏBİB tərəfinin təsdiqləməsi gecikir. Amma yaxın günlərdə bütün işçilər əmək haklarını alacaqlar. Hətta, biz göstəriş vermişik ki, kartlara maaşların vurulması gecikməyə davam edərsə, o zaman nağd şəkildə, yəni əllə vermik şərti ilə ödənilsin".

Xəstəxananın baş həkimi Cəlil Nəzərov yanvarın 22-də Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində saxlanılıb.