Matviyenko: "Rusiya sülhməramlıları hər iki tərəfdən qardaş xalqın səyləri kimi qəbul edilir"

Matviyenko:

24-12-2020 23:58 / Bu xəbər 660 dəfə oxundu

İlham İsmayıl: "Əcaib durum yaranıb: Azərbaycan status olmayacağını deyir, Rusiya isə statusdan danışır"

"Mötərizə xaricində Dağlıq Qarabağın statusu əlavə danışıqlar tələb edir. Şübhəsiz ki, biz ATƏT-in, Fransa prezidentinin, ABŞ və Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə cəlb edilmiş digər dövlətlərin səylərinə ümid edirik. Hələ qarşıda çox mürəkkəb iş görülməlidir".

Bu açıqlamanı Rusiya Federasiya Şurasının spikeri Valentina Matviyenko dekabrın 24-də keçirdiyi mətbuat konfransında deyib.

Spiker əlavə edib ki, Rusiya qurbanları dayandırdı, münaqişənin gələcək eskalasiyasına, yeni insan tələfatına yol vermədi: "10 noyabr sazişi çox mürəkkəb saziş idi. Ona nail olmaq çox çətin idi. İnanın, mən bilirəm ki, bu, ağır, gərgin, razılaşdırılmış işin günləridir, gecələridir. Bu gün məhz Rusiya sülhməramlıları münaqişə zonasında bu sazişi saxlayırlar, onun şərtlərini pozmağa, silahlı toqquşmalara qayıtmağa imkan vermirlər, dinc həyatın qurulmasına, qaçqınların qayıtmasına şərait yaradırlar”.

"Bu gün Rusiya sülhməramlıları həm bu, həm də digər tərəfdən, eləcə də Azərbaycan və Ermənistan sakinləri tərəfindən bu münaqişənin qəti şəkildə nizamlanmasına kömək etmək üçün qardaş xalqın səyləri kimi qəbul edilir", - Matviyenko belə deyib.

Valentina Matviyenkonun sözlərinə görə, Rusiya MDB ölkələrində daxili münaqişələrə müdaxilə etmir: "Rusiya həm MDB məkanında, həm də digər istənilən ölkədə daxili münaqişələrə müdaxilə etməyi özünə rəva görmür. Lakin biz bu barədə xahiş etsələr, hər zaman yardım etməyə, dəstək verməyə hazırıq, lakin biz öz nöqteyi-nəzərimizi qəbul etmirik, hansısa pozucu hərəkətlərlə bu və ya digər vəziyyətə təsir göstərməyə çalışmırıq, hərçənd yaxşı bilirik və anlayırıq ki, bir çox proseslər, o cümlədən postsovet məkanında proseslər bir sıra dövlətlərin açıq müdaxiləsi ilə baş verir”.

İlham İsmayıl
Mənbə: Meydan TV

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl Azərbaycan hökumətinin 44 günlük dövrdə Xocalı, Xankəndi, Xocavənd barədə susqunluğunu anlaşılmaz hesab edir: "Çox əcaib durum yaranıb: Azərbaycan status olmayacağını deyir, Rusiya isə statusdan danışır. Əslində, status Ermənistanla yox, Rusiyayla bağlıdır. Rusiyanın məqsədi tam şəkildə bölgədə oturmaqdır və bu dövlətin hərəkətlərində sülhməramlılığın əlaməti yoxdur. Əgər düzgün siyasət aparılsa, yəni 45 min əhali həmin rayonlara köçürülsə, mənzərə dəyişəcək. Əks təqdirdə, heç nə dəyişməyəcək. Fikir verdinizsə, Matvienko Rusiya ilə bərabər digər iki həmsədr dövlətin də adını çəkir. Bilir ki, onlar da baza prinsiplərinə əsaslanıb dəstək verəcəklər. Baza prinsiplərinin içində isə öz müqəddəratını təyinetmə var, yəni status ermənilərin ixtiyarına verilə bilər. Amma Azərbaycan hakimiyyəti nəzarət etmədiyi ərazilərdə nələr baş verdiyi barədə danışmır. Aydındır, Şuşa, Kəlbəcər bizdədir. Amma Xankəndində olanlara niyə reaksiyan yoxdur. Ən böyük reaksiya o olmalıdır ki, Azərbaycan yanvardan Xocalıda əhalinin yaşaması üçün tikinti işlərinə başlamalıdır”.

Sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında atəşkəs pozulub.

44 gün davam edən hərbi əməliyyatlar nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa; 3 qəsəbə - Hadrut, Mincivan, Ağbənd və 166 kənd azad olunub.

Noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın Baş naziri və Rusiya Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalayıblar.

Bəyanata uyğun olaraq, 2020-ci il dekabrın 1-dək Kəlbəcər, Ağdam və Laçın rayonları Azərbaycana təhvil verilib.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb.

1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ (1991-ci ildə Azərbaycan Milli Məclisi muxtar vilayəti ləğv edib.

Azərbaycan BMT-yə üzv olduqda artıq bu status yox idi - red) ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında müharibə baş verib.

Mənbə: Meydan.Tv