Mayis Bərxudarov vəzifəsindən azad edilib

Mayis Bərxudarov vəzifəsindən azad edilib

07-10-2024 01:59 / Bu xəbər 563 dəfə oxundu

Azərbaycan Ordusunda kadr dəyişikliyi baş verib.

General-mayor Vilayət Bərxuda oğlu Quliyev 2-ci Ordu Korpusuna komandir təyin olunub.

Bu vəzifəni əvvəlcə general-leytenant Mayis Bərxudarov icra edirdi. 

O, hazırda sərəncama götürülüb.

Vilayət Quliyevin rəhbərlik etdiyi hərbi hissə 44 günlük İkinci Qarabağ müharibəsi zamanı Füzuli, Cəbrayıl və Hadrut istiqamətində bir çox yaşayış məntəqələrini işğaldan azad edib.

Prezident İlham Əliyevin 2024-cü il 25 iyun tarixli Sərəncamı ilə Vilayət Quliyevə general-mayor ali hərbi rütbəsi verilib.