Mübariz Mənsimov Türkiyə gündəmində: 50 milyonluq təyyarə - FOTO

Mübariz Mənsimov Türkiyə gündəmində:  50 milyonluq təyyarə - FOTO

09-01-2014 13:11 / Bu xəbər 977 dəfə oxundu

Türkiyədə hazırda 100 ədəd özəl reaktiv təyyarə var

Arqument.az rekord.az-a istinadən xəbər verir ki, “business-jet”lərin sayı son 7 ildə iki dəfə artıb.

Təyyarələrin orta “yaşı” 8 ildir, onlardan ən yeniləri restoranlar kralı Ferit Şahenkə (“Gulfstream” G280 və G550) və azərbaycanlı milyarder, “Xəzər Lənkəran”ın fəxri prezidenti Mübariz Mənsimova (“Falcon 2000EX”) aiddir.

Mənsimovun təyyarəsi, həmçinin dayanmadan ən uzağa uça bilən “business-jet”lərdən sayılır. Onun təyyarəsi 11 min kilometr məsafəyə birbaşa uça bilir. Ən uzağa uça bilən isə Ferit Şahenkin “Gulfsteam”idi - 12 min 501 kilometr. Türkiyə zənginlərinə məxsus özəl jetlərin orta qiyməti 20 milyon dollara yaxındı. 

Lakin Mübariz Mənsimov da daxil olmaqla, bəzi zənginlərin təyyarələrinin dəyəri orta qiymətdən iki-üç dəfə yuxarıdı. Məsələn, Mənsimovun “Falcon”u 50 milyon dollar qiymətindədi. Onun təyyarəsi “Palmali” holdinqinə daxil olan “Palmali jet” təyyarə kirayələmə şirkətində qeydiyyatdadı.

Arqument.az