Müdafiə Nazirliyi: "Düşmən Ağdərədəki atəş mövqelərindən geri çəkilib"

Müdafiə Nazirliyi:

28-09-2020 16:07 / Bu xəbər 987 dəfə oxundu

Yaşayış məntəqələrimizi atəşə tutan Ermənistan silahlı qüvvələrinin Ağdərə istiqamətində yerləşən artilleriya bölmələrinə zərbələr endirilib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat yayıb. 

Nzirliyin açıqlamasında deyilir: "Artilleriyaçılarımızın sərrast atəşi nəticəsində ağır itkilərə məruz qalan düşmən bölmələri yerləşdiyi atəş mövqelərindən geri çəkilməyə məcbur edilib.

Həmin artilleriya bölmələri Ermənistan ordusunun 5-ci dağatıcı alayının tərkibindədir".