Müdafiə Nazirliyi: "Düşmənin daha iki tankı məhv edilib"

Müdafiə Nazirliyi:

28-09-2020 13:21 / Bu xəbər 1128 dəfə oxundu

"Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda Azərbaycan Ordusunun apardığı əks-hücum əməliyyatları davam edir".

Müdafiə Nazirliyinin yaydığı məlumatda belə deyilir. 

Məlumatda bildirilir: "Ordumuzun şəxsi heyətinin döyüş əzmi və mənəvi-psixoloji durumu yüksəkdir, gərgin döyüşlərdə iştirak edən hərbi qulluqçularımız şücaətlə döyüşür. Sentyabrın 27-si və bu gün Azərbaycan Ordusunun apardığı döyüşlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində Ermənistan qoşunlarının çoxlu sayda canlı qüvvəsi, hərbi obyektləri və döyüş texnikaları məhv edilib".

Nazirlik erməni silahlı birləşmələrinin iki ədəd tankının məhv edilməsini əks etdirən videogörüntü yayıb.