Müdafiə Nazirliyi: "Düşmənin mövqeləri və müdafiə ehtiyatları məhv edilib" - VİDEO

Müdafiə Nazirliyi:

14-07-2020 13:03 / Bu xəbər 1144 dəfə oxundu

İyulun 13-dən 14-nə keçən gecə və səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində şiddətli döyüşlər davam edib.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat yayıb.

Məlumatda bildirilib ki, düşmənin aktiv fəaliyyətinin qarşısının alınması məqsədilə görülən cəza tədbirləri nəticəsində ona məxsus müxtəlif təyinatlı hərbi texnika, döyüş vasitələri, komanda məntəqəsi, müdafiəsinin dərinliyindəki ehtiyatlar və canlı qüvvəsi məhv edilib.