Müdafiə Nazirliyi: “Havadan endirilən zərbələr nəticəsində düşmən ağır itkilər verib”

Müdafiə Nazirliyi: “Havadan endirilən zərbələr nəticəsində düşmən ağır itkilər verib”

12-10-2020 00:50 / Bu xəbər 795 dəfə oxundu

"Havadan endirilən zərbələr nəticəsində düşmən ağır itkilər verib”.

Müdafiə Nazirliyi yaydığı məlumatda belə deyilir. 

"Azərbaycan Hərbi Hava Qüvvələri tərəfindən Ermənistan silahlı qüvvələrinin 41-ci əlahiddə artilleriya alayı bölmələrinə havadan endirilən zərbələr nəticəsində düşmən ağır itkilər verib". 
 
Məlumatda həmçinin bildirilir ki, xeyli sayda canlı qüvvə və hərbi texnika itirən Ermənistan tərəfi döyüş meydanını qoyaraq qaçmağa məcbur edilib.

Azərbaycanın iddiasına görə, sentyabrın 27-də Ermənistan cəbhə xəttində təxribat törədib və buna cavab olaraq Azərbaycan ordusu əks hücuma keçib.

Döyüşlər nəticəsində Azərbaycan Cəbrayıl şəhərini, rayonun bir neçə kəndini, eləcə də onlarla digər kənd və yüksəkliyi işğaldan azad etdiyi bildirir. 

Oktyabrın 10-da Moskvada Azərbaycan, Ermənistan və XİN rəhbərləri arasındakı danışıqlardan sonra tərəflər arasında humanitar atəşkəs razılaşması imzalanıb.