Müdafiə Nazirliyi məlumat yaydı: Nisbi sakitlikdir

Müdafiə Nazirliyi məlumat yaydı: Nisbi sakitlikdir

15-07-2020 02:09 / Bu xəbər 885 dəfə oxundu

"Cəbhədəki vəziyyətlə bağlı sosial şəbəkələrdə və mobil əlavələr vasitəsilə  həqiqətəuyğun olmayan, əsassız məlumatlar yayırlar”.

Bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidməti məlumat yayıb. 

Məlumatda bildirilib ki, hazırda Tovuz rayonu istiqamətində nisbi sakitlikdir: "Bir daha bütün media nümayəndələrini və sosial şəbəkə istifadəçilərini heç bir əsası olmayan təxribat xarakterli məlumatları yaymamağa, yalnız Müdafiə Nazirliyinin rəsmi məlumatlarına istinad etməyə çağırırıq”.