Mebel sexindəki partlayış nəticəsində ölənlərin sayı 8-ə çatdı
16-01-2024 16:07 / Bu xəbər 562 dəfə oxundu
Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən sexdə baş vermiş partlayışla əlaqədar dağıntılar altından daha bir nəfərin cəsədi tapılıb.
Bu barədə yanvarın 16-da ərazidə axtarış-xilasetmə işləri aparan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Beləcə hadisə nəticəsində ölənlərin sayı 8 nəfərə çatıb.
Hazırda axtarış-xilasetmə əməliyyatının davam etdirildiyi bildirilir.
Hadisə yanvarın 15-də baş verib. Partlayış və ondan sonra əmələ gələn yanğın nəticəsində ümumilikdə 24 nəfər xəsarət alıb, onlardan bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir.
Hadisə barəsində cinayət işi açılıb.