Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu milyonluq vergi borcu olan şirkətlə müqavilə bağladı

Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu milyonluq vergi borcu olan şirkətlə müqavilə bağladı

22-06-2024 01:10 / Bu xəbər 794 dəfə oxundu

"AZƏRTRANSS” MMC-nin dövlətə külli miqdarda vergi borcu olduğu üzə çıxıb. 

32gun.Az-ın əldə etdiyi məlumata görə şirkətin vergi vorcu yarım milyon manata yaxındır (433984.92 AZN)

Nizamnamə kapitalı 20 AZN olan "Azərtranss” MMC-nin qanuni təmsilçi Adil Qasımov Məmmədov oğludur.

Bir neçə gün öncə sözügedən şirkət millət vəkili Mahir Abbaszadənin direktoru olduğu Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu ilə "Cəbrayıl rayonunun Şükürbəyli 1042 ailəlik (birinci mərhələdə – 635 ailəlik) kənd yaşayış məntəqəsində sahədaxili elektrik təchizatı” ilə bağlı 6.053.467,27 AZN-lik müqavilə bağlayıb.