Mədəniyyət nazirinin iki müavini işdən çıxarıldı: yeni müavin təyin olundu

Mədəniyyət nazirinin iki müavini işdən çıxarıldı: yeni müavin təyin olundu

01-03-2023 16:55 / Bu xəbər 677 dəfə oxundu

Azərbaycanın mədəniyyət nazirinə yeni müavin təyin edilib.

Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Sərəncama əsasən, Səadət Vidadi qızı Yusifova mədəniyyət nazirinin müavini təyin olunub.

Dövlət başçısının digər sərəncamları ilə Vaqif Əliyev mədəniyyət nazirinin birinci müavini və Sevda Məmmədəliyeva isə nazir müavini vəzifəsindən azad edilib.

S.Yusifova 1974-cü ildə anadan olub. 

1998-ci ildə "Hər gün” qəzetində jurnalist kimi fəaliyyət göstərib. 

Hüquq üzrə fəlsəfə doktorudur.

Səadət Yusifova Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi vəzifəsində də çalışıb.

Son təyinata qədər o, Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini vəzifəsində işləyirdi.