"Media haqqında" yeni qanun layihəsinin Milli Məclisdə müzakirəsi başlayır

09-12-2021 14:12 / Bu xəbər 2881 dəfə oxundu

"Media haqqında” yeni qanun layihəsinin parlamentdə müzakirəsi başlayır”.

Bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov bir sıra media subyektlərinin rəhbər və nümayəndələri ilə görüşdə deyib.

Xəbəri "Report” yayıb.

Onun sözlərinə görə, qanun layihəsi üzərində işlər artıq yekunlaşıb: "Qısa müddətdə qanun layihəsi Milli Məclisin komitələrində və plenar iclasında müzakirəyə çıxarılacaq”.

Layihənin ilkin variantı sabah - dekabrın 10-da parlamentin İnsan hüquqları komitəsində müzakirəyə çıxarılacaq.