MEDİA-nın Müşahidə Şurası təsdiqləndi
24-01-2024 16:09 / Bu xəbər 592 dəfə oxundu
"Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxsin Müşahidə Şurasının tərkibi təsdiq edilib.
Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncama əsasən, MEDİA-nın Müşahidə Şurasının tərkibi aşağıdakı kimi təsdiq edilib:
Müşahidə Şurasının sədri:
- İsmayılov Dağbəyi Mirzəxan oğlu.
Müşahidə Şurasının üzvləri:
- Əliyev Vüqar Zifər oğlu;
- Mehrəliyeva Şəfəq Akif qızı;
- Mikayılova Sevil Əlirazı qızı;
- Şıxlinskiy Elçin İsmayıl oğlu.