Media üçün dövlət rüsumu 10 dəfə azaldıldı
06-05-2022 17:14 / Bu xəbər 2136 dəfə oxundu
Prezident "Media üçün dövlət rüsumunun azaldılması haqqında" Qanunu təsdiqləyib.
Məlumatı "president.az” dərc edib.
Məlumata görə, Azərbaycanda media üçün dövlət rüsumu 10 dəfə azaldılıb.
Qanunun 22-ci maddəsində (Lisenziyalaşdırılan sahibkarlıq fəaliyyəti növlərinə lisenziya verilməsinə görə dövlət rüsumunun dərəcələri) "ümumrespublika televiziya yayımı”, "ümumölkə yerüstü televiziya yayımçısı” ifadəsi ilə əvəz edilərək dövlət rüsumunun məbləği 10 dəfə azaldılaraq 50 000 manatdan 5 000 manata qədər endirilib.












