Mediada yeni layihə: “Çarx TV"

Mediada yeni layihə: “Çarx TV

26-05-2020 11:41 / Bu xəbər 821 dəfə oxundu

Azərbaycanda izləyicilərin qarşısına orijinal layihələrlə yeni internet televiziyası gəlir. 

Bu günlərdə fəaliyyətə başlayacaq "Çarx.TV" fərqli süjetlər, hadisə yerlərindən isti-isti canlı reportajlar, özəl materiallar təqdim edəcək. 

Bu barədə layihənin rəhbəri Azər Talıbov məlumat verib.

O bildirib ki, ölkədə bir neçə internet kanallar olsa da, "Çarx.TV" izləyicilərə daha kreativ, maraqlı, özəl video süjetlər vəd edir. 

"Oxucular bu internet kanaldan gündəmin ən maraqlı xəbərlərini, ölkənin müxtəlif yerlərində baş verən hadisələrin görüntülərini izləyə biləcəklər", - Azər Talıbov deyib.

O qeyd edib ki, kanal hər bir vətəndaşın üzünə açıq olacaq.