"Medistyle" vergi borcu var?
01-04-2022 22:40 / Bu xəbər 3264 dəfə oxundu
Nizamnamə kapitalı 3 milyon 948 min 855 manat olan "Medistyle" Məhdud Məsuliyyətli Cəmiyyətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 680 min 897 manat 51 qəpik borcunun olduğu bildirilir.
İddia olunur ki, "Medistyle" vergi ödəməkdən yayınan tibb müəsissələrindəndir.
Medistyle Hospital”ın dövlət vergi xidmətinə külli miqdarda borcu olması ilə bağlı yayılan məlumatlara şirkət tərfindən aydınlıq gətirilib.
Şirkətdən Qaynarinfo-ya daxil olan məlumatda bildirilib ki, məlumat həqiqətəuyğun deyil: "Yayılan məlumatlar həqiqəti əks etdirmir. Çünki hospitalın Dövlət Vergi Xidmətinə borcu yoxdur".
"Xəstəxanamız hazırda da yüksək səviyyədə vətəndaş qəbulunu həyata keçirir. Heç bir şöbəmiz bağlanmayıb”, - deyə klinikadan bildirilib.












