Məhəmməd Kekalovun həbs müddəti 3 ay uzadılıb
13-06-2024 15:25 / Bu xəbər 803 dəfə oxundu
İyunun 12-də Bakının Xətai Rayon Məhkəməsi "Abzas Media"nın əməkdaşı Məhəmməd Kekalovun ilkin həbs müddətini 3 ay uzadıb.
Həbs müddətinin uzadılması haqqında təqdimatı istintaq orqanı verib.
Kekalovun həbs müddəti sentyabrın 20-nə qədər uzadılıb.
***
20 noyabr 2023-cü il tarixindən etibarən "Abzas Media"nın altı jurnalisti və mətbuat işçisi "valyuta qaçaqmalçılığı" ittihamı ilə həbs olunub.
Onlar ittihamları qəbul etməyiblər, cinayət işini "Abzas Media"da dərc olunan korrupsiya araşdırmaları ilə əlaqələndiriblər.
Beynəlxalq KİV-i müdafiə təşkilatları Azərbaycan hakimiyyətini saxlanılmış jurnalistləri dərhal azad etməyə və KİV-ə qarşı təzyiqə son qoymağa çağırıb.