Məhkəmə Masallının baş həkimi barədə qərar verdi

Məhkəmə Masallının baş həkimi barədə qərar verdi

24-01-2021 17:33 / Bu xəbər 742 dəfə oxundu

Binəqədi Rayon Məhkəməsində Masallı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Cəlil Nəzərov barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə təqdimata baxılıb.

"Report” xəbər verir ki, hakim Faiq Əmirəliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, təqdimat təmin edilib və C.Nəzərov barəsində həbs qətimkan tədbiri seçilib.

C.Nəzərov yanvarın 22-də Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində saxlanılıb.

Ona Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsi ilə ittiham irəli sürülüb.