Məhkəmə Rövşən Əkbərovun şikayətini təmin etmədi
30-03-2021 14:47 / Bu xəbər 2501 dəfə oxundu
Sabiq birlik komandiri, ehtiyatda olan general-leytenant Rövşən Əkbərov barəsində seçilmiş həbs qətimkan tədbirindən apelyasiya şikayəti verilib.
Bu barədə martın 30-da APA məlumat yayıb.
Məlumata görə, Bakı Apelyasiya Məhkəməsində hakim Habil Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul edilib.
Qərara əsasən şikayət təmin edilməyib.
Rövşən Əkbərov martın 15-də CM-in 12.1, 120.2.2 (qəsdən adam öldürmə) və 12.1, 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham edilib.
Baş Prokurorluğun təqdimatına əsasən Bakı Hərbi Məhkəməsinin həmin tarixli qərarı ilə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.












