Məhkəmə Rövşən Əkbərovun şikayətini təmin etmədi

Məhkəmə Rövşən Əkbərovun şikayətini təmin etmədi

30-03-2021 14:47 / Bu xəbər 1965 dəfə oxundu

Sabiq birlik komandiri, ehtiyatda olan general-leytenant Rövşən Əkbərov barəsində seçilmiş həbs qətimkan tədbirindən apelyasiya şikayəti verilib.

Bu barədə martın 30-da APA məlumat yayıb. 

Məlumata görə, Bakı Apelyasiya Məhkəməsində hakim Habil Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul edilib. 

Qərara əsasən şikayət təmin edilməyib.

Rövşən Əkbərov martın 15-də CM-in 12.1, 120.2.2 (qəsdən adam öldürmə)  və  12.1, 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham edilib. 

Baş Prokurorluğun təqdimatına əsasən Bakı Hərbi Məhkəməsinin həmin tarixli qərarı ilə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.