Məhkəmə Zakir Qaralovun şirkəti ilə bağlı daha bir qərar verdi

Məhkəmə Zakir Qaralovun şirkəti ilə bağlı daha bir qərar verdi

15-06-2022 13:19 / Bu xəbər 720 dəfə oxundu

Nərimanov Rayon Məhkəməsində "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin barəsində yazılmış cərimə protokoluna baxılıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. 

Qərara əsasən, inzibati tənbeh tətbiq edilib, yəni cərimə kəsilib. 

Xatırlatma: "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC barəsində Dövlət Gömrük Komitəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 499.2-ci (Malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmaması, yaxud həmin əraziyə qaytarılmaması) maddəsi ilə inzibati protokol tərtib edilib. 

Daha sonra protokol baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib. 

Qeyd: Akkord Şirkətlər Qrupunun sabiq baş prokuror Zakir Qaralova məxsus olduğu bildirilir. 

Şirkətin hazırda 2 milyondan çox vergi borcu var.