Məhkəmənin qadağan etdiyi söküntünü icra hakimiyyəti aparır

Məhkəmənin qadağan etdiyi söküntünü icra hakimiyyəti aparır

29-07-2022 01:39 / Bu xəbər 1358 dəfə oxundu

Söküntüsü gedən bu evin sakinləri onu vaxtilə qanuni, sənədli əldə ediblər. 

Bir vaxtlar evin tikilməsinə icazə verən hökumət, fəhlələrin sözlərinə görə, indi də onu sökməyə icazə verib. Amma sakinlərlə hallaşmadan.  

Bakının Yusif Səfərov küçəsində yerləşən binada yaşayan bir neçə sakinlərin evləri yaşayışa yararsız hala salınıb. 

Həmin sakinlərin əmlak hüquqlarını qoruyan vəkil Cavad Cavadov bildirib ki, bu işlərə Bakı şəhər İcra Hakimiyyətininin vəzifəli şəxsi Zülfəli İsmayılov nəzarət edir. 

Mənzilini icra hakimiyyətinin şərtləri ilə satmayan Solmaz Həmidovanın evi də iyulun 27-si qanunsuz dağıdılıb. Baş vermiş hadisə video kameralara da düşüb. 

Zərərçəkənin qardaşı bildirib ki, bacısı hələ də evini satmasa da, dünən evinin qapısı sındırılaraq, içərisini dağıdıblar: 

Binanın komendantı Gülməmməd Məmmədov deyir ki, söküntü işləri 20 gündür ki, davam edir. Onun sözlərinə görə, binanın yerində park salınacağı gözlənilir. 

Vəkil Cavad Cavadov deyib ki, hazırda binada yaşayan bir neçə sakin qanunsuzluqla bağlı Xətai rayon prokurorluğuna müraciət ediblər.

Prokurorluqdan sakinlərə bildirilib kii, məsələ araşdırılacaq.(Toplum TV)