Mehman Hüseynov naziri Avropada "yaxaladı"

Mehman Hüseynov naziri Avropada

21-05-2019 16:06 / Bu xəbər 840 dəfə oxundu

Azərbaycanın Səhiyyə naziri Oqtay Şirəliyev Avropaya müalicəyə gedib.

Arqument.Az xəbər verir ki, bu barədə bloger Mehman Hüseynov feysbukda məlumat paylaşıb. 

Mehman Hüseynov nazirlə şəkil də çəkdirib.

O iddia edib ki, nazir İsveçrəyə müalicəyə gəlib.

Bloger qeyd edib ki, nazirə "Bax özünüz də gəlibsiniz Avropaya mualicə almağa? Niyə ölkəmizdə mualicə almırsınız ki? Qorxursunuz ki, sizi də linç edərlər?" kimi suallar ünvanlayıb.

Nazir isə suallar cavab verməkdən yayınıb və əsəbi şəkildə deyib: "Nədir ə, məni işdən qovdurmaq istəyirsən?”

Mehman Hüseynov daha sonra yazıb: "Bu dəfə özümlə Avropada yaşayan muhacir gətirə bilməsəm də, belə bir analoqu olmayan nazir gətirirəm".
 
Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov səhiyyə naziri Oqtay Şirəliyevin bloger Mehman Hüseynovla sosial şəbəkələrdə yayılmış fotoşəkli ilə bağlı şərh verib.

Pərviz Abubəkirov qeyd edib ki, bu məlumat həqiqəti əks etdirmir. 

Onun sözlərinə görə, Oqtay Şirəliyev Ümumdünya Səhiyyə Təşkilatının iclasına yollanıb.

"Nazir blogeri üzdən tanımır. Ona bir gənc yaxınlaşıb, özünü azərbaycanlı kimi təqdim edib və birlikdə şəkil çəkdirmək istədiyini deyib. Təbii ki, nazir gənc həmvətəninin xahişinə rədd cavabı verməyib”, - Pərviz Abubəkirov deyib.