Məhsa Saxarov mükafatına layiq görüldü

Məhsa Saxarov mükafatına layiq görüldü

19-10-2023 20:47 / Bu xəbər 998 dəfə oxundu

Avropa Parlamentinin Andrey Saxarov adına "Düşüncə azadlığı” mükafatının builki qalibləri açıqlanıb.

Mükafata 2022-ci il sentyabrın 13-də hicab qaydalarını pozma ittihamı ilə İranda əxlaq polisi tərəfindən həbs edilən və üç gün sonra xəstəxanada vəfat edən Məhsa Amini layiq görülüb.

"Avropa Parlamenti İranda bərabərlik, ləyaqət və azadlıq uğrunda mübarizəni davam etdirən cəsur insanları dəstəkləməkdən qürur duyur. Biz həbsdə olsa da, "Qadın, həyat, azadlıq” hərəkatını dəstəkləməyə davam edənləri dəstəkləyirik”, – parlamentin rəhbəri Roberta Metsola bildirib.

Mükafatın təqdimetmə mərasimi dekabrın 13-də  Avropa Parlamentində olacaq.

2022-ci il sentyabrın 13-də İranda əxlaq polisinin hicab qaydalarını pozma ittihamı ilə tutduğu Məhsa Amini üç gün sonra xəstəxanada vəfat edib.

Onun ölümü İranda kütləvi etirazlara səbəb olub.

Andrey Saxarov adına "Düşüncə azadlığı” mükafatı 1988-ci ildən təsis edilib.

Hər il insan hüquq və azadlıqlarını müdafiə edən şəxslərə və təşkilatlara verilir.

Mükafatın həcmi 50 min dollardır.

2020-ci ildə Andrey Saxarov mükafatı Belarus müxalifətinə verilib.

2021-ci ildə onun laureatı siyasətçi Aleksey Navalnı olub.

2022-ci ildə mükafat Prezident Volodimir Zelenskinin təmsil etdiyi Ukrayna xalqına verilib.