Məişət zorakılığı törədən şəxslərin cəzaları sərtləşdiriləcək

Məişət zorakılığı törədən şəxslərin cəzaları sərtləşdiriləcək

20-10-2021 17:57 / Bu xəbər 604 dəfə oxundu

Azərbaycanda məişət zorakılığı törədən şəxslərin cəzaları sərtləşdirilir.

"Report"un məlumatına görə, bununla bağlı yeni təkliflər layihəsi hazırlanıb.

Layihənin məqsədi məişət zorakılığının və uşaqlara qarşı zorakılığın qarşısının alınmasıdır. 

Bunun üçün cəzaların sərtləşdirilməsi təklif olunur.

Layihə yaxın vaxtlarda Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsində müzakirəyə çıxarılacaq.