Məktəblərdə pullu test keçirən "TTM" şirkəti kimindir?

Məktəblərdə pullu test keçirən

12-02-2018 02:01 / Bu xəbər 2783 dəfə oxundu

"Məktəblərdə test keçirmək adı ilə pul yığılır"

Bunu "Milli Mədəniyyətin Təbliği” İctimai Birliyinin sədri, ictimai xadim Jalə Cəfərova facebook səhifəsində məlumat verib.

J.Cəfərova valideynlərdən pul yığılmasında Təhsil Nazirliyini suçlayır: "Hamımız bilirik ki, Təhsil Nazirliyinin icazəsi olmadan məktəbə daxil olub, bir müəllimə, bir şagirdə yaxınlaşıb sual ünvanlaya bilməzsən. O ki qala hansısa təşkilat gəlib, icazəsiz tədbir keçirə. Müəyyən səbəblərdən məktəblərin ünvanını deyə bilməsəm də altı məktəbdə "TTM” deyilən bir özəl şirkətin özbaşnalığından hiddətə gəlməmək mümkün deyil. Rusdili bölmənin 4-cü siniflərində test keçirilir". 

"Deyəcəksiniz nə olsun? O olsun ki, məktəb direktorları da təkidlə valideynlərdən tələb edirlər. Bəli, tələb edirlər ki, uşaqlarınızı test imtahanına gətirməyə də bilərsiniz, ancaq qeydiyyatdan keçirib beş manatı ödəməlisiniz, yoxsa, uşaq dərsə buraxılmayacaq”, - deyə J. Cəfərova bildirir. 

Təhsil Nazirliyindən isə bu iddialara cavab verilməyib.///xeber.info

Arqument.Az