Məktəblilərin ölümü ilə bağlı cinayət işi başlayıb

Məktəblilərin ölümü ilə bağlı cinayət işi başlayıb

10-03-2021 13:33 / Bu xəbər 2083 dəfə oxundu

Təhsil naziri ailəyə başsağlığı verib

Qaradağ rayonunun Lökbatan qəsəbəsində baş vermiş intihar hadisəsi ilə bağlı cinayət işi başlanıb.

Martın 9-da sözügedən ərazidə iki məktəblinin intihar etdiyi deyilir.

Baş Prokurorluğun mətbuat xidmətindən "Turan”a bildiriblər ki, faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb.

Məlumata görə, Baş Prokurorluq tərəfindən cinayət işi üzrə istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə olunub. 

Hazırda iş üzrə istintaq hərəkətləri həyata keçirlir.

Yayılan məlumata görə, özlərini binadan atan yeniyetmələrin hər ikisi 11-ci sinif şagirdidir. Onların hansı səbəbdən bu addımı atdığı hələ məlum deyil.

Təhsil naziri Emin Əmrullayev sosial şəbəkə hesabından məktəbli qızların ölümüylə bağlı ailələrə başsağlığı verib: "Abşeron rayonu, Qobu qəsəbə 2 nömrəli tam orta məktəbin 11-ci sinfinin iki şagirdinin intiharı bizi dərindən kədərləndirir. Ailə və yaxınlarına səbr diləyirik”.

İki il öncə Bakıdakı 162 nömrəli məktəbin səkkizinci sinif şagirdi Elina Hacıyeva da intihar etmişdi. Bu intihar cəmiyyətdə əks-səda doğurmuşdu. Onun ölümünə səbəb kimi oxuduğu məktəbdə bullinqə (başqaları tərəfindən təzyiq) məruz qalması göstərilir.