Məktəblini döyməkdə ittiham edilən direktor da işdən çıxarılıb

Məktəblini döyməkdə ittiham edilən direktor da işdən çıxarılıb

19-07-2022 16:34 / Bu xəbər 695 dəfə oxundu

Lənkəranda icra başçısının müavini ilə əlbir olaraq yeniyetməni döyməkdə ittiham edilən məktəb direktorunun da işdən çıxarıldığı deyilir.

Bildirilir ki, V.Əliyev adına 4 nömrəli humanitar təmayüllü məktəb-liseyin direktoru Yeganə Əsgərovanın tutduğu vəzifədən azad edilməsinə dair sənəd imzalanıb.

Lənkəranda yeniyetmə qızın sinif yoldaşının ailəsi tərəfindən döyülməsi ilə bağlı məlumat yayılıb.

Yeniyetmənin anası Ləman Camalovanın verdiyi məlumata görə, Lənkəran Rayon İcra Hakimiyyəti başçısının müavini Rasilə Əliyeva (Arifqızı) məktəbin direktoru ilə birgə qızını döyüb.

Lənkəran Rayon Prokurorluğunda aparılan araşdırmalar zamanı şagirdə fiziki təzyiq göstərlidyi təsdiqlənib.

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 309.1-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb.

İyulun 18-də Lənkəran Rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun müvafiq əmri ilə Rasilə Arifqızı tutduğu vəzifədən uzaqlaşdırılıb.