“Mənə imza verənlərə təzyiq edilir”

“Mənə imza verənlərə təzyiq edilir”

10-01-2020 17:32 / Bu xəbər 619 dəfə oxundu

"Dünən mənim bir qohumuma zəng edib mənə imza verməsi ilə əlaqədar təhdid ediblər”.

Bunu Müsavat başqanının müavini, partiyanın deputatlığa namizədi Osman Kazımov özünün feysbuk səhifəsində yazıb.

"İmza verənlərə təzyiq edilməsi, hətta onlardan ərizə alınması həmin imzanın etibarsızlığına səbəb ola bilməz”, – deyən Osman Kazımov, artıq bu barədə 84 saylı DSK-nın sədri Ramiz Teymurova məlumat verdiyini bildirib. 

Osman Kazımov təzyiqlə üzləşən seçicilərinin arxasında olduğunu da bildirib: "Füzulilər əmin olsun ki, mən heç kimi köməksiz qoymayacam. Əgər belə qanunsuz və yaramaz hərəkətlər davam edəcəksə, təhdid edən şəxslər barəsində cinayət işi başlanılması üçün prokurorluğa müraciət edəcəm. Mən xəbərdarlığımı etdim”.

Basta