Mənzillər ucuzlaşır, köhnə maşınlar bahalaşır

Mənzillər ucuzlaşır, köhnə maşınlar bahalaşır

16-10-2017 12:07 / Bu xəbər 3055 dəfə oxundu

Manatın məzənnəsində tez-tez baş verən dəyişikliklər təbii ki, istər əmlak, istərsə də maşın bazarından təsirzsiz ötüşmür. 

Son dövlər mənzil bazarında durğunluq, hətta ucuzlaşma müşahidə olunur. Amma maşın bazarında vəziyyət fərqlidir. Belə ki, ikinci əl avtomobillərin qiymətində müəyyən qədər bahakaşma var. 

Bunun səbəblərini iqtisadçı-ekspert Vüqar Bayramovla müzakirə etdik. Ekspert "Qaynarinfo”ya açıqlamasında vəziyyəti belə izah edib:

"Apardığımız monitorinqlər nəticəsində aydın olub ki, hazırda əmlak bazarında artım müşahidə olunmur. Hətta deyərdim ki, əksinə bahalı mənzillərin qiyməti nisbətən aşağı düşüb. Avtomobil bazarında isə mənzil bazarına nisbətən artım müşahidə olunur. Bu artım daha çox ikinci əl avtomobillərdə və nisbətən yeni modellərə məxsus maşınların qiymətində özünü göstərir. Çünki yeni çıxan avtomobillərin qiyməti yüksəkdir. Bu da öz növbəsində həmin seriyadan olan köhnə avtomobillərə təsirini göstərir. Ancaq qiymətin yüksək olmasına baxmayaraq, alıcılıq qabiliyyəti aşağıdır. Tələb yoxdur. Bu konteksdə də gələcək aylarda qiymətin artması gözlənilmir. Amma onu da vurğulamaq lazımdır ki, Azərbaycan avtomobilləri idxal edir. Buna görə də qiymətlər dolların kursuna əsasən hərəkətdədir. Manatın məzənnəsi düşərsə, qiymətlərin qalxması gözləniləndir”.