Ömər Çelik: “Türkiyə qaçqın düşərgəsi deyil”
24-08-2021 02:22 / Bu xəbər 1424 dəfə oxundu
"Türkiyə Əfqanıstandan olan bir qaçqını belə qəbul edə bilməyəcək”.
Bunu Türkiyənin hakim İnkişaf və Ədalət Partiyasının sözçüsü Ömər Çelik bildirib.
Onun sözlərinə görə, Türkiyə qaçqın düşərgəsi deyil: "Artıq bir qaçqını belə (Əfqanıstandan - red) qəbul etmək imkanımız yoxdur. Biz öz qərarlarımızı verəcəyik. Sərhədlərimizi çox diqqətlə qoruyuruq”.("Report”)












