Meral Akşener “Altılı masa”ya qayıtdı

Meral Akşener “Altılı masa”ya qayıtdı

06-03-2023 20:16 / Bu xəbər 772 dəfə oxundu

O, Yavaş və İmamoğlunun vitse-prezident olması şərtini irəli sürüb

Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu ilə İYİ Partiya sədri Meral Akşener bir araya gəlib.

Bildirilir ki, Meral Akşener "Millət ittifaq”ın toplantısına qatılacaq.

Bu açıqlamanı İYİ Partiya sözçüsü Kürşad Zorlu jurnalistlərə deyib. Eyni fikri Ankara Böyükşəhər Bələdiyyə başqanı Mansur Yavaş da səsləndirib.

K.Kılıçdaroğlunun prezidentliyə namizədliyini qəbul etməyərək "Altılı masa”dan ayrılan M.Akşener Ə.İmamoğlu və M.Yavaşı namizədliyə dəvət edib.

Bundan sonra Mansur Yavaş və Ekrem İmamoğlu Meral Akşenerlə görüşüb.

Məlumata görə, M.Akşener İmamoğlu və Yavaşın vitse-prezident olacağı təqdirdə K.Kılıçdaroğlunun vahid namizədliyini dəstəkləyəcəyini deyib.

Martın 3-də İYİ Partiyasının sədri Meral Akşener "Altılı masa”dan ayrılıb.

Akşener görüşdən sonra deyib ki, onun təklifləri masa tərəfindən rədd edilib.

Onun sözlərinə görə, martın 2-də keçirilən iclasda 5 siyasi partiya Kılıçdaroğlunun namizədliyi üzərində dayanıb, amma o, bu təklifi qəbul etməyib.

Akşener deyib ki, "Altılı masa” millətin iradəsini əks etdirmir.

2023-cü ilin yanvarında Prezident Rəcəb Tayyib Ərdoğan seçkilərin mayın 14-də keçiriləcəyini bildirmişdi.

Rəcəb Tayyib Ərdoğan 2014-cü il avqustun 10-da ölkədə keçirilən ilk birbaşa prezident seçkilərində qalib gəlib.

2018-ci ildə Türkiyədə keçirilən növbədənkənar seçkilərdə yenidən prezident seçilib.