Merkel: "Türkiyənin Avropa Birliyinə üzv olmasını istəmirəm"

Merkel:

17-05-2019 00:02 / Bu xəbər 1090 dəfə oxundu

Almaniya kansleri Angela Merkel 31 martda Türkiyədə keçirilən seçkilərdən sonra yaşananlar barədə açıqlama verib. 

Bu barədə Almaniyanın "Süddeutsche Zeitung" qəzeti məlumat yayıb.

O deyib ki, seçkidən sonra yaşananlar Türkiyə ilə bağlı narahatlıqlar yaradır: "Bütün bunlardan sonra Türkiyənin Avropa Birliyinə üzv olma şansı qalmır və  bütün bunlar Türkiyə haqqında narahatlıq yaradır”.

Angela Merkel qeyd edib ki, Türkiyə ilə müzakirələr davam edir: "Lakin rəsmi Ankaranın Avropa Birliyinə üzv olmasını istəmirəm".

Hələlik Merkelin bu açıqlamasına rəsmi Ankaradan heç bir cavab gəlməyib.

toplum.tv