Merkel və Putin arasında telefon danışığı olub
03-03-2020 19:20 / Bu xəbər 979 dəfə oxundu
Almaniya kansleri Angela Merkel və Rusiya prezidenti Vladimir Putin arasında Suriyanın İdlib bölgəsindəki vəziyyət ilə bağlı telefon danışığı olub.
Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, telefon danışığında qarşıdan gələn 5 mart görüşünün məhsuldar keçəcəyi ümid edilib.
Bundan başqa, söhbət zamanı Liviyadakı daxili münaqişədə hər iki tərəfin döyüşlərə son qoymasının vacib olduğu müzakirə edilib.
Telefon danışığının Almaniya tərəfinin təşəbbüsü ilə keçirildiyi bildirilir.
Report.az












