Mərkəzi Banka pandemiya dövründə 160 metr hündürlükdə yeni bina tikilir

Mərkəzi Banka pandemiya dövründə 160 metr hündürlükdə yeni bina tikilir

27-06-2020 13:21 / Bu xəbər 2261 dəfə oxundu

Azərbaycan Respublikasının Mərkəzi Bankı yeni binanın tikintisi üçün tender elan edib. 

Arqument.az xəbər verir ki, Mərkəzi Bank "Azərbaycan Respublikasının Mərkəzi Bankının yeni inzibati binası”nın detallı layihələndirmə işləri, o cümlədən, tikinti icazəsinin planlaşdırılması və tikintisi (bundan sonra "Layihə” adlandırılacaq) üçün potensial şirkətləri təklif verməyə dəvət edib. 

Tenderin sifarişçisi Azərbaycan Respublikasının Mərkəzi Bankıdır. 67 926 m2 olan binanın hündürlüyü 160 metr olacaq. 

Binanın tikilməsi üçün təkliflər sorğu üsulu ilə satınalma müsabiqəsi yolu ilə aparılacaq. Tikinti layihələndirmə fazası daxil olmaqla, qüvvəyə minmə (müqavilə) tarixindən etibarən təqribən 36 ay müddətində başa çatmalıdır. 

Bina xəzinə mərkəzi, texniki qurğular və avtodayanacaqdan ibarət zirzəmi mərtəbələri, konfrans və təlim obyektləri, kitabxana, restoran, o cümlədən bayır landşaft ilə birlikdə, ofis sahələrindən ibarət olacaq. 

Binanın yeri kimi Bakı şəhəri,  Nizami rayonu, Heydər Əliyev Prospekti, 109 saylı ünvan nəzərdə tutulub.