Məscid “Azəriqaz”ı məhkəməyə verdi

Məscid “Azəriqaz”ı məhkəməyə verdi

04-06-2021 11:30 / Bu xəbər 1175 dəfə oxundu

"Azəriqaz” iddia edir ki, bu borc 2014-2015-ci illərdən qalıb

Bakının Xəzər rayonu, Binə qəsəbəsində yerləşən "Möhsün Səlim” məscidinin rəhbərliyi "Azəriqaz” İstehsalat Birliyini məhkəməyə verib. 

Səbəb isə "Azəriqaz”ın məscidə 592 min 412 manat borc yazmasıdır. Məscid rəhbərliyi deyir ki, 600 min manata yaxın qaz pulu borcu əsassızdır.

"Azəriqaz” isə iddia edir ki, bu borc 2014-2015-ci illərdən qalıb və ödənilməyib.

Məscid rəhbərliyi borcun silinməsi tələbilə "Azəriqaz”ın yerləşdiyi ərazi üzrə Xətai Rayon Məhkəməsinə müraciət edib. 

İddiaya hakim Aygün Həsənova baxıb və belə nəticəyə gəlib ki, bu məsələ iqtisadi mübahisə olduğuna görə Bakı Kommersiya Məhkəməsində baxılmalıdır.

Hakim qərardad qəbul edib və məscid rəhbərliyinin iddiası baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilib.

Mədəniyyət və Turizm Nazirliyinin balansında olan məscidi 1916-cı ildə Möhsün Səlim adlı milyonçu tikdirib.///Meydan.Tv