Meşə yanğınları Çernobıla yaxınlaşır

Meşə yanğınları Çernobıla yaxınlaşır

14-04-2020 18:36 / Bu xəbər 1017 dəfə oxundu

Ukraynadakı Çernobıl Atom Elektrik Stansiyasından və radioaktiv tullantıların atıldığı ərazidən 1,6 km məsafədə meşə yanğınları başlayıb, 300-dən çox yanğınsöndürən alovun qarşısını almağa çalışır.

Şahidlər hökuməti nüvə fəlakəti baş verən ərazinin yaxınlığındakı yanğının şiddətini örtməkdə ittiham edirlər

Çernobıl tur operatoru tərəfindən yayılmış bir videoda tarixin ən pis nüvə fəlakətinin yaşandığı Çernobıldan 4 nüvə reaktorunun karkasının üzərindəki qoruyucu sığınacaq yerində alovlar və tüstü buludu əks olunub.

Tur operatoru və Ukraynanın təcili yardım xidmətinin ictimai məsləhət şurasının üzvü Yaroslav Yemelianenko yanğının tərk edilmiş Pripyat şəhərinə çatdığını ,radioaktiv tullantıların atıldığı ərazidən cəmi 2 km məsafədə olduğunu yazıb.

"Vəziyyət kritikdir. Ərazi yanır "- Yemelianenko bildirib.

Yemelianenko da hökuməti yanğınların şiddətini örtməkdə ittiham edib.

O da hökuməti yanğınların şiddətini gizlətməkdə ittiham edib.

Bazar ertəsi Ukraynanın təcili yardım xidməti yanğının "çətin" olduğunu, lakin paytaxt Kiyevdəki bütün radiasiya səviyyəsinin normal olduğunu bildirib və insanları "apokaliptik mesajlara" inanmamağa asmamağa çağırıb.

"Nüvə stansiyası, yanacaq anbarı və digər kritik yerlər üçün heç bir təhlükə yoxdur " deyə agentlik bildirib.

Bazar ertəsi günü "Greenpeace”nin Rusiya şöbəsinin üzvü "Reuters”ə bildirib ki, yanğınlar Ukraynanın rəsmi hesablamalarından daha böyükdür və sağlamlıq üçün təhlükə yarada bilər. "Nüvə və ya təhlükəli radiasiya qurğusuna yaxınlaşan yanğın həmişə bir riskdir", - deyə "Greenpeace” Rusiya enerji layihələrinin rəhbəri Rəşid Alimov vurğulayıb.

Yanğınlar aprelin 4-dən keçmiş nüvə reaktorunun ətrafındakı 30 kilometrlik ərazidə yerləşən Çernobılın təcrid zonasında başlayıb.

Polisin məlumatına görə, yanğınlar yerli sakinlərin ot bağlaması nəticəsində baş verib. Yanğınlardan sonra Ukrayna parlamenti ot yanması üçün cərimələri 4500 funt sterlinqə qaldırdı.

Mənbə: The Guardian 
Pərvanə Qurbanlı