Məşhur yazıçı-yumorist vəfat etdi

Məşhur yazıçı-yumorist vəfat etdi

22-01-2015 15:44 / Bu xəbər 1151 dəfə oxundu

Dünya Tanınmış rus yazıçı-yumorist Arkadi Arkanov vəfat edib.

Ans press-in məlumatına görə, 82 yaşlı yazıçı Moskva Mərkəzi Klinik Xəstəxanada dünyasını dəyişib. 

Martın 14-dən onkoloji xəstəliyi səbəbindən sinəsində ağrılar başlayan A.Arkanov xəstəxanaya yerləşdirilib. 

A.Arkanov 7 iyun 1933-cü ildə doğulub. Onun pyesləri Moskva Satira Teatrında səhnəyə qoyulub. 

20-dən çox kitabın, televiziya filmlərinin ssenari müəllifidir. 

O, həmçinin bir neçə populyar televerilişin də aparıcısı olub.