Messi ABŞ-da oynamaq istəyir

Messi ABŞ-da oynamaq istəyir

03-01-2022 13:47 / Bu xəbər 1408 dəfə oxundu

PSJ-nin superulduzu Lionel Messinin ABŞ-da MLS-də Liqasında oynamaq istədiyi bildirilib.

Messi bu haqda özü mətbuata açıqlamasında deyib. ABŞ-da oynamaq təcrübəsini yaşamaq istədiyini ifadə edən hücumçu bunları deyib: "Orada oynamaq və ya yaşamaq necə bir hissdir bilmirəm. Karyeramın sonrakı mərhələlərində buna nail olmaq istəyirəm, amma arzumun həyata keçib-keçməyəcəyini bilmirəm".
 
İspaniya mətbuatı futbolçunun 2025-ci ildə Devid Bekhemin rəhbəri olduğu "İnter Mayami" ilə müqavilə imzalayacağını yazıb.

Messinin Fransa klubu ilə müqaviləsi gələn mövsümün sonunda başa çatacaq. 

O, mövsümün əvəlində doğma klubu "Barselona"dan ayrılaraq PSJ-yə yollanıb. 

Argentinalı hücumçu Fransa klubunun formasında 16 rəsmi oyuna çıxıb, 6 qola, 5 məhsuldar ötürməyə imza atıb. 

Ötən gün Paris klubu Messinin koronavirusa yoluxduğunu açıqlayıb.(qaynar.info)