Meyxanaçı Vüqar Biləcəri vəfat edib
29-08-2020 11:11 / Bu xəbər 2056 dəfə oxundu
Məşhur meyxanaçı Vüqar Biləcəri ölüb.
APA-ya bu barədə meyxanaçının sənət yoldaşı Mehman Əhmədli məlumat verib.
Onun sözlərinə görə, V. Biləcəri uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.
Mehman Əhmədli qeyd edib ki, mərhum meyxanaçı bu gün Biləcəri qəbiristanlığında dəfn ediləcək.












