Məzahir Pənahovdan Müsavatın tələbinə reaksiya

Məzahir Pənahovdan Müsavatın tələbinə reaksiya

27-01-2020 18:05 / Bu xəbər 898 dəfə oxundu

MSK sədri Müsavat Partiyasının pulsuz efir vaxtı tələb etməsinə münasibət bildirib

"Namizədlər sosial şəbəkələrdə məşhurlaşmağa üstünlük verirlər”.

APA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında bildirib.

MSK sədri deyib ki, bunun seçkiyə heç bir təsiri yoxdur: "Sosial şəbəkələrdə yayılan bəzi görüntülərə bizim müdaxilə etmək hüququmuz yoxdur. Bəzən namizədlər seçicilər ona səs verməyəcəyini deyəndə, bunu faciə halına çevirirlər. Siyasi məsələləri seçki prosesi ilə qarışdırmaq olmaz”.

MSK sədri Müsavat Partiyasının İctimai Televiziya və Radio Yayımları şirkətində pulsuz efir vaxtı tələb etməsi ilə bağlı məsələyə də münasibət bildirib: "Onlar hətta MSK-ya da bununla bağlı müraciət ünvanlayıblar. Müsavat Partiyası iddia edir ki, 64 namizədi qeydiyyatdan keçib, pulsuz efir vaxtı verilməlidir. Ancaq bu mümkün deyil. Çünki 64 nəfərin hamısı partiya siyahısında verilən namizədlər deyil. Elə bilirlər ki, qışqırmaqla, səs-küy yaratmaqla nəyəsə nail olacaqlar. Müsavat Azərbaycanda birinci yaradılan partiyadır. Bu partiyanın bu cür çıxışlarla gündəmə gəlməsi primitiv məsələdir. Primitiv səviyyədə tənqidlər olanda artıq dözə bilmirik".