Möhsün Nağısoylu: ""Hörümçək" sözü lüğətdən təsadüfən çıxarılıb"

Möhsün Nağısoylu:

18-01-2022 11:57 / Bu xəbər 649 dəfə oxundu

Dilçi alim Qulu Məhərrəmli sosial şəbəkədə yeni orfoqrafiya lüğəti ilə bağlı status paylaşıb. 

O bildirib ki, Azərbaycan dilinin sonuncu orfoqrafiya lüğətində "hörümçək" sözü çıxarılıb, "spayder" sözü salınıb.

Azərbaycan Milli Elmlər Akademiyasının prezidentinin humanitar işlər üzrə müşaviri, AMEA Dilçilik İnstitutunun sabiq direktoru Möhsün Nağısoylu "hörümçək" sözünün 2021-ci ildə nəşr olunan "Azərbaycan dilinin orfoqrafiya lüğəti”ndən çıxarılmasına və "spayder" sözü ilə əvəz olunmasına aydınlıq gətirib.

M. Nağısoylu APA-ya bildirib ki, spayder təkcə hörümçək mənasını vermir: "Spayder həm də "Yeni sözlər, yeni mənalar” lüğətinə əsasən, iki yerlik açıq (bəzən açılıb götürülə bilən) banlı avtomobil növünə deyilir. Hörümçək sözü təsadüfən buraxılıb. Amma hörümçəkkimilər var. Yəni hörümçək sözü lüğətdən çıxarılmayıb". 

"Bu lüğəti 12 nəfər hazırlayıb. Mən elmi redaktoruyam. Məndən başqa iki nəfər məsul redaktor var. Lüğətdə təsadüfən bir söz olmayanda faciə olur? Biz əcnəbi sözlər əvəzinə milli sözlər daxil etməyə çalışmışıq. Dünyanın bütün lüğətlərində səhv olur. 90 min sözdən bir söz təsadüfən getməyib. Bu, qəsdən olmayıb", - Nağısoylu bildirib.