Milli Məclis AŞPA-ya etiraz məktubu göndərib
17-04-2020 13:38 / Bu xəbər 1153 dəfə oxundu
Milli Məclis Azərbaycanın işğal edilmiş ərazilərində keçirilən qondarma seçkilər münasibət bildirməyinə görə Avropa Şurası Parlament Assambleyasına etiraz məktubu göndərib.
"Report” xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında deyib.
O bildirib ki, AŞPA-nın bu qondarma "seçkilərə” münasibət bildirməməsi təəssüf doğurur. S.Qafarova həmçinin anti-milli qüvvələri tənqid edib. O qeyd edib ki, həmin anti-milli qüvvələr ermənilərin maraqlarına xidmət edirlər.












