Milli Məclis Əli Əsədovun Baş Nazir təyin edilməsinə razılıq verdi

Milli Məclis Əli Əsədovun Baş Nazir təyin edilməsinə razılıq verdi

08-10-2019 12:50 / Bu xəbər 2332 dəfə oxundu

Milli Məclis Əli Əsədovun Baş Nazir təyin edilməsinə razılıq verib

Azərbaycan Milli Məclisi bu gün keçirilən plenar iclasda Əli Əsədovun Baş Nazir vəzifəsinə təyin edilməsinə razılıq verib.

"Report” xəbər verir ki, iclasda "Əsədov Əli Hidayət oğlunun Azərbaycan Respublikasının Baş Naziri vəzifəsinə təyin edilməsinə razılıq verilməsi haqqında” məsələ müzakirə edilib.

Çıxışçılar Ə.Əsədovun indiyədək olan fəaliyyətini müsbət qiymətləndiriblər, dövlətçilik ənənələrinə sadiq şəxs olduğunu qeyd ediblər.

Müzakirələrdən sonra sənəd səsverməyə çıxarılaraq qəbul edilib.

Daha sonra Əli Əsədov çıxış edərək göstərilən etimada görə təşəkkür edib və etimadı doğruldacağını bildirib.

Milli Məclisin payız sessiyasının ikinci plenar iclasında əsas məsələ olaraq "Əsədov Əli Hidayət oğlunun Azərbaycan Respublikasının Baş Naziri vəzifəsinə təyin edilməsinə razılıq verilməsi haqqında” sənəd müzakirəyə çıxarılıb.

Müzakirələrdən sonra Milli Məclis Ə.Əsədovun Baş Nazir vəzifəsinə təyin edilməsinə razılıq verdikdən sonra Prezidentin sərəncamı ilə o, bu vəzifəyə təyin ediləcək.

Konstitusiyanın 109-cu (Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri) maddəsinə əsasən, Prezident Milli Məclisin razılığı ilə Azərbaycan Respublikasının Baş nazirini vəzifəyə təyin edir.

Ə.Əsədov Prezidentin İqtisadi məsələlər üzrə köməkçisidir.