Milli Məclisin üzvü vəfat edib

Milli Məclisin üzvü vəfat edib

07-12-2019 13:37 / Bu xəbər 967 dəfə oxundu

Mərhumla vida mərasimi dekabrın 7-də Qubada "Mədəniyyət evi”ndə keçiriləcək

Deputat Yevda Abramov dekabrın 6-da vəfat edib.

Məlumatı jurnalistlərə onun həmkarı Vahid Əhmədov verib.

Vahid Əhmədov bildirib ki, mərhum Yevda Abramovla vida mərasimi dekabrın 7-də Qubada "Mədəniyyət evi”ndə keçiriləcək.

Quba yəhudisi olan Yevda Sasunoviç Abramov 1948-ci ildə Quba rayonunun Qırmızı qəsəbəsində anadan olub. 

Yeni Azərbaycan Partiyasının (YAP) üzvü olan Yevda Abramov 2005-ci ildə 53 saylı Quba-Qusar seçki dairəsindən deputat mandat qazanmışdı. 

O, iki çağırış Milli Məclisin deputatı olub.

Yevda Abramov Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini idi.