Mincivan qəsəbəsi və 21 kənd işğaldan azad edilib

Mincivan qəsəbəsi və 21 kənd işğaldan azad edilib

21-10-2020 21:36 / Bu xəbər 960 dəfə oxundu

Oktyabrın 21- də Azərbaycan ordusu Füzuli rayonunun Gecəgözlü, Aşağı Seyidəhmədli, Zərgər kəndlərini, Cəbrayıl rayonunun Bələnd, Papı, Tulus, Hacılı, Tinli, Zəngilan rayonunun Mincivan qəsəbəsi, Xurama, Xumarlı, Sarıl, Babaylı, Üçüncü Ağalı, Hacallı, Qırax Müşlan, Üdgün,Turabad, İçəri Müşlan, Məlikli, Cahangirbəyli, Baharlı kəndlərini işğaldan azad edib.

Bu haqda prezident İlham Əliyev rəsmi "Tvitter" hesabında paylaşım edib.

Sentyabrın 27-də Ermənistan cəbhə xəttində təxribat törədib və buna cavab olaraq Azərbaycan ordusu əks hücuma keçib.

Döyüşlər nəticəsində Azərbaycan ordusunun Cəbrayıl, Füzuli və Zəngilan şəhərlərini, eləcə də onlarla digər kənd və yüksəkliyi işğaldan azad etdiyi bildirir.

Oktyabrın 10-da və 18-də Moskvada Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında humanitar atəşkəs razılaşması imzalanıb.