Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının həyətində intihara cəhd

Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının həyətində intihara cəhd

28-06-2019 11:22 / Bu xəbər 316 dəfə oxundu

Həkimlə mübahisə edən kişi özünü yandırıb

Mingəçevirdə orta yaşlı kişi üzərinə benzin tökərək özünü yandırıb.

Hadisə gecə saatlarında Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının həyətində baş verib. 

Şahidlərin azadliq.infoya bildirdiyinə görə, epilepsiya (qıcolma) xəstəsi olan övladını xəstəxanaya gətirən orta yaşlı atanın özünü yandırmasına Elxan adlı həkimlə və xəstəxananın mühafizəçiləri ilə dartışması səbəb olub. 

İlkin iddialara görə, ata uşağının durumundan keçirdiyi narahatlığın psixoloji təsiri altında intihara cəhd edib. Belə ki, o, gözlənilmədən üzərinə benzin tökərək özünü yandırıb. Ətrafdakıların köməyi ilə söndürülən şəxs çoxsaylı yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.