“Mirhəsən Seyidovun piyadanı vurması xəbəri yalandır”

“Mirhəsən Seyidovun piyadanı vurması xəbəri yalandır”

25-10-2021 15:29 / Bu xəbər 372 dəfə oxundu

Neftçala rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidovun avtomobillə adam vurması ilə bağlı mediada yayılan məlumata rəsmi reaksiya verilib.

Neftçala RİH-dən "Qafqazinfo”ya bildirilib ki, qeyd olunanlar həqiqəti əks etdirmir: "Ümumiyyətlə, belə bir hadisə baş verməyib və kökündən yanlışdır”.

İcra hakimiyyəti mətbuat nümayəndələrini dəqiqləşdirməmiş məlumatları yaymamağa çağırıb: "Bu cür qərəzli informasiyaları dərc etmək qanun qarşısında məsuliyyət yaradır və həmin kütləvi informasiya vasitələri haqqında hüquqauyğun tədbirlər görüləcək”.
 
Oktyabrın 24-da "Azad söz" səhifəsi Neftçala rayon icra hakimiyyətinin baççısı Mirhəsən Seyidovun axşam saatlarında qəza törətdiyini yazıb.

Bildirilir ki, icra başçısı Aşağı Surra və Kürqarabucaq kəndləri arasında idarə etdiyi "Toyota Camry" markalı maşınla yol kənarı ilə gedən  kənd sakinini vuraraq  hadisə yerindən qaçıb.